Şirvanda çoxavazlı səs siqnalı quraşdıraraq idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları Sabirabad rayon sakini Fərhad Xəlilov idarə etdiyi «Toyota Prado» markalı avtomobillə saxlayıb. Bu zaman sürücü polis əməkdaşlarına müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb. Lakin onun bu cəhdinin qarşısı alınıb.
Maşına keçirilən baxış zamanı əlavə qurğu hesab edilən çoxavazlı səs siqnalı aşkarlanıb.
Sürücü F.Xəlilov barəsində Dğvlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka inzibati qaydada həbs edilib.