Qanunsuz karxana işlədən sahibkarlara cinayət işi açıldı
11 fevral 2025 16:01 (UTC +04:00)

Qanunsuz karxana işlədən sahibkarlara cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466

Oxşar yazılar

Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

Harınlamış məmurun SONU: Saleh Səmədov mənimsəmə ittihamı ilə həbs edildi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55
Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31 may 2025 , 09:25
Goranboyda qardaş bacısını bıçaqladı

Goranboyda qardaş bacısını bıçaqladı

31 may 2025 , 07:48
Xocəsəndə 12 hektar sahə yandı - VİDEO

Xocəsəndə 12 hektar sahə yandı - VİDEO

31 may 2025 , 01:14