Qadınları aldadıb   Türkiyəyə aparmışdı: Hökm oxundu
27 dekabr 2021 11:11 (UTC +04:00)

Qadınları aldadıb Türkiyəyə aparmışdı: Hökm oxundu

Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib

DİN-dən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları olan qadınları Türkiyədə yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq İstanbul şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Zaqatala rayon sakini Sevinc Durmuşova tutulub.   

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    
Məhkəmənin hökmünə əsasən S.Durmuşova Cinayət Məcəlləsinin həmin  maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Aytəkin Cəlali

Oxşar yazılar