Qadının avtomobilinə əyləşdi, boğub TELEFONUNU ALMAQ İSTƏDİ...
19 mart 2022 12:08 (UTC +04:00)

Qadının avtomobilinə əyləşdi, boğub TELEFONUNU ALMAQ İSTƏDİ...

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2702

Oxşar yazılar

Kamran Əliyev onu işdən çıxardı

Kamran Əliyev onu işdən çıxardı

19 iyun 2025 , 17:30
ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ

19 iyun 2025 , 17:23
Nəcməddin Sadıkovun dindirilməsi istənildi  - “Şlyapa Zahid”in məhkəməsi

Nəcməddin Sadıkovun dindirilməsi istənildi - “Şlyapa Zahid”in məhkəməsi

19 iyun 2025 , 16:19
Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57