Qadın sirkə turşusu  içərək zəhərləndi
09 dekabr 2021 08:10 (UTC +04:00)

Qadın sirkə turşusu içərək zəhərləndi

0

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Kələk kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü A.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 47 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. Qadının məhlulu hansı səbəbdən içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1494

Oxşar yazılar