Qadın rəfiqəsini 3 yumruqla  öldürdü
12 may 2023 17:12 (UTC +04:00)

Qadın rəfiqəsini 3 yumruqla öldürdü

0

Rusiyada qadın rəfiqəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Omsk vilayətinin Konezavodski kəndində baş verib.

Məlumata görə, dostlar əvvəlcə spirtli içki qəbul ediblər. Sonra aralarında münaqişə yaranıb və münaqişə davaya çevrilib. Dava zamanı dəfələrlə məhkum olunmuş rusiyalı qadın içki içən yoldaşına yumruğu ilə üç zərbə endirib. Zərbələrin təsirindən sonra o, ölüb.

Qadın öldürdüyü dostunun meyitini talvarda gizlədib. Bir müddət sonra meyit tapılıb, qadın isə saxlanılıb.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2414

Oxşar yazılar