Qadın polis idarəsində ərini bıçaqladı? – RƏSMİ CAVAB
09 mart 2022 09:48 (UTC +04:00)

Qadın polis idarəsində ərini bıçaqladı? – RƏSMİ CAVAB

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar  edəcəyini bildirib. Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib. Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və ya həyətində baş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunundan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

# 2892
avatar

Oxşar yazılar

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

25 fevral 2024 , 11:42
Atasını öldürən tutuldu

Atasını öldürən tutuldu

25 fevral 2024 , 10:22
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

25 fevral 2024 , 09:31
Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu

25 fevral 2024 , 09:04
Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09
Abşeronda PARTLAYIŞ və YANĞIN -YENİLƏNİB -VİDEO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB-VİDEO

24 fevral 2024 , 23:24