Qadın narkotik satanda tutuldu
31 mart 2022 19:30 (UTC +04:00)

Qadın narkotik satanda tutuldu

0

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Arzu Həsənova və Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə heroin və tiryək, eləcə də ümumilikdə 39 ədəd güclü təsiredici xüsusiyyətə malik həblər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2240

Oxşar yazılar