Türkiyədə dəhşətli hadisə baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Konyanın Karapınar məhəlləsində qadın mübahisə zəminində əri yatarkən onu bıçaqlayaraq öldürüb.
S.K.sonra polisə zəng edərək ərini bıçaqladığını deyib. Evə gələn təcili tibbi yardım əməkdaşlarının müayinəsindən sonra Əhməd Kalkanın öldüyü müəyyən edilib.
Şübhəli S.K. saxlanılaraq polis bölməsinə aparılıb.