Qadın  2 oğlunu öldürüb   intihar etdi
15 sentyabr 2023 18:16 (UTC +04:00)

Qadın 2 oğlunu öldürüb intihar etdi

Barnaulda qadın iki oğlunu öldürəndən sonra intihar edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Altay Ərazisi üzrə İstintaq Komitəsinin məlumatına görə, şəhərin Sənaye məhəlləsindəki çoxmərtəbəli binalardan birinin mənzilində 3 yaş 8 aylıq oğlan uşaqlarının meyiti tapılıb. Hadisə yerində müstəntiqlər qətlə yetirilən uşaqların anasının adından yazılmış qeyd tapıblar.

İstintaq Komitəsinin məlumatına görə, o, uşaqları öldürdükdən sonra yaxınlıqdakı çoxmərtəbəli binaya gedərək öz həyatına son qoyub.

Qeydin məzmunu və qadının mümkün motivləri açıqlanmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829

Oxşar yazılar