Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ukrayna dairəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızını minik avtomobili vurub. O aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.