Qaçırılan qız işgəncəyə məruz qaldı 
27 fevral 2022 21:39 (UTC +04:00)

Qaçırılan qız işgəncəyə məruz qaldı 

Göyçayda evlənmək məqsədilə qaçırıldığını iddia olunan qız işgəncəyə məruz qalıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb. 

Rayon sakinləri Mahmud Əliyev, atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birgə 21 yaşlı Zeynəb Ağayevanı (ad və soyad şərtidir) qaçıraraq tövlədə gizlədiblər. Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bbildirilib ki, polis hadisədən məlumatlıdır. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463
avatar

Oxşar yazılar