“Protokol”a uyğun nişan mərasimi: bu xına o xınadan olmadı 
13 aprel 2021 17:45 (UTC +04:00)

“Protokol”a uyğun nişan mərasimi: bu xına o xınadan olmadı 

0

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Katex kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Akif Osmanovun qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb. 

Polislər tərəfindən ev sahibi və mərasim iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2517

Oxşar yazılar