Hər iki xüsusat üzrə təqsiri müəyyən ediləcək şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.
***
16:55
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun rüşvət iddiası ilə bağlı araşdırma başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır:
"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".
Xatırladaq ki, Sənan Əhmədov açıqlamasında şəhid qardaşı Səbuhidən komandoya qoşulması üçün 6 min manat rüşvət tələb olunduğu demişdi.