Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Xətai rayon Prokurorluğunun qarşısında qeydə alınıb.
Fəzail Bayramov küçəsi istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolun sol tərəfini gözəməyərək, Sabit Orucov küçəsi istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub. İdarəetməni itirən “Mercedes”in sürücüsü avtomobili prokurorluq binasının dəmir arakəsmələrinə vuraraq dayanıb.
Zərbənin gücündən hər iki avtomobilə ziyan dəyib. Qəzada xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.