Əjdər İsmayılov
14 mart 2022 00:36 (UTC +04:00)

Əjdər İsmayılov

Professor Əjdər İsmayılov vəfat etdi  

0

Filologiya üzrə elmlər doktoru, professor,  Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılov vəfat edib

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə professorun oğlu Cavid İsmayıl məlumat yayıb.

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.

O, 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2721

Oxşar yazılar