“Prius”un vurduğu hamilə qadın xəstəxanada öldü-YENİLƏNİB
06 avqust 2023 01:48 (UTC +04:00)

“Prius”un vurduğu hamilə qadın xəstəxanada öldü-YENİLƏNİB

2001-ci il təvəllüdlü Güllü Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın müxbirinə Sabunçu Tibb Mərkəzindən bildirilib.

*** 

00.15

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

2001-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı maşın vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

G.Mehdiyevanın vəziyyəti ağırdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4353
avatar

Oxşar yazılar