Polisin qadına gözyaşardıcı qaz vurması ilə bağlı xidməti yoxlama başladı - YENİLƏNİB
20 iyun 2023 22:08 (UTC +04:00)

Polisin qadına gözyaşardıcı qaz vurması ilə bağlı xidməti yoxlama başladı - YENİLƏNİB

2

Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.

Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.

O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.

Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

***

Saat 17:14

Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 7781

Oxşar yazılar