Motosikletdən açılan atəşlə öldürülən şəxsin “7 dərd Taner” kimi tanınan Taner Şanlı olduğu ortaya çıxıb.
Lent.az Türkiyə mediyasına istinadən məlumat verir ki, İstanbulun Beyoğlu ərazisində silahlı hücum olub. Hadisə yerinə gələn polis ətrafda geniş araşdırma aparıb. Hücum zamanı güllənin park edilmiş avtomobilə dəydiyi müəyyən edilib. Xəstəxanaya aparılan yaralılardan Şanlının öldüyü, digərinin isə həyati təhlükəsinin olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Məlumat üçün bildirək ki, silahlı hücumda həyatını itirən Taner Şanlının 8 il əvvəl - 2015-ci ildə həbsxanadan qaçdığı, həbsxanada olan düşməninin iki qardaşını ayağından vurduğu, Beyoğlunda onu vuran şəxsi bıçaqlayaraq qaçdığı, 2 həftə sonra hücuma məruz qalaraq yaralandığı öyrənilib.
Qeyd edək ki, Taner daha öncə polisin içkisinə yuxu dəmanı qatıb, yatızdıraraq xəstəxanadan qaçmışdı.