Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1999-cu il təvəllüdlü V.Musayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
V.Musayevin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilib. Onu vuran avtomobil hadisə yerindən yayınıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.