Vətəndaşlarda olan qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay rayonunun İnçə kənd sakini Dursunalı Allahverdiyev “Naqan” markalı tapançanı könüllü olaraq rayon polis şöbəsinə müraciət edən təhvil verib.
Faktla bağlı araşdırma aparılır.