Polisdən Novruz bayramı ilə bağlı MÜRACİƏT : "Bu halda sürməyin"
18 mart 2021 15:42 (UTC +04:00)

Polisdən Novruz bayramı ilə bağlı MÜRACİƏT: "Bu halda sürməyin"

Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Novruz bayramı ilə əlaqədar 2021-ci il martın 20-dən 29-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər əhalisinin respublikanın müxtəlif regionlarına getmələri, rayonlardan isə kənd sakinlərinin paytaxta gəlmələri ilə bağlı bayram günlərində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi yüksəlir. Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini və mövsümi hava şəraitini düzgün qiymətləndirmədən müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də "Mercedes-Benz Viano" və "Vito" markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, valideynlərə azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45