Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda metro stansiyalarında sərnişinlərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Vidadi Bəkirov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət etmələri tövsiyə olunur.