Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edilir.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Lent.az-a bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar.
"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək", deyə E.Zahidov qeyd edib.