Rusiyanın Belqorod vilayətində bir polis saxta pulla avtomobil alıb.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, qeyd olunur ki, 2023-cü ilin iyununda İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin əməkdaşı Andrey Dvorniçenko 600 min rubla (təxminən 10 min 800 manat) “Toyota Avensis” almaq istəyib. Polis sahibi ilə razılaşıb ki, avtomobil həbsdə olduğu üçün onun pulunu hissə-hissə ödəyəcək.
Mart ayında Dvorniçenko 100 min rublun (təxminən 1800 manat) son hissəsini verib və aldığı avtomobili sürüb gedib. Lakin məlum olub ki, 20 beşminlik əskinas saxtadır. Avtomobil satıcısı polisə müraciət edib. Martın 27-də polis əməkdaşı polisin şərəf və ləyaqətini ləkələyən qanun pozuntusuna görə Daxili İşlər Nazirliyindən qovulub.
Onun barəsində cinayət işi açılacaq.