Polis postunda maşınını yandıracağını  dedi, SAXLANILDI
14 oktyabr 2024 13:55 (UTC +04:00)

Polis postunda maşınını yandıracağını dedi, SAXLANILDI

Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdityi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. Araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstərib. Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi törətdikləri hüquqazidd əməllərdən nəticə çıxarmaq əvəzinə aqressiv, qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7257

Oxşar yazılar

Şəkidə məhkum öldü

Şəkidə məhkum öldü

18 aprel 2025 , 09:54
Bir günə kartlardan 51 min manatdan çox  pul oğurlandı

Bir günə kartlardan 51 min manatdan çox pul oğurlandı

18 aprel 2025 , 09:41
Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

Bakıda maşın 82 yaşlı kişini vurub öldürdü

18 aprel 2025 , 09:37
DTX-nın saxladığı hakerin məhkəməsi  keçirildi

DTX-nın saxladığı hakerin məhkəməsi keçirildi

18 aprel 2025 , 09:10
Universitetdə ATIŞMA:  5 nəfər öldü-VİDEO

Universitetdə ATIŞMA: 5 nəfər öldü-VİDEO

17 aprel 2025 , 22:57
Astarada tanınmış bərbər  özünü asdı

Astarada tanınmış bərbər özünü asdı

17 aprel 2025 , 20:17
Kişi cinsi əlaqədən sonra  irada görə qadını   öldürdü

Kişi cinsi əlaqədən sonra irada görə qadını öldürdü

17 aprel 2025 , 19:59
Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı  və...

Lənkəranda qadın "Chevrolet"i kanala aşırdı və...

17 aprel 2025 , 19:52