Polis mayoru rüşvətə görə HƏBS OLUNDU
02 oktyabr 2024 11:06 (UTC +04:00)

Polis mayoru rüşvətə görə HƏBS OLUNDU

Rusiya Daxili İşlər Nazirliyinin Perm ərazisi üzrə İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı rüşvət almaqda təqsirli bilinib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sverdlovsk rayon Məhkəməsi mayor Nikolay Oqorodnikovu 3 il müddətinə azadlıqdan məhrum edib.

Oqorodnikov cəzasını ümumi rejimli həbsxanada çəkəcək. O, həmçinin bir milyon rubldan çox cərimə ödəməlidir.

Məlumata görə, keçmiş polis birjada oynamaq üçün dostuna pul verib. Lakin istintaq onun udduğu pulu rüşvət hesab edib. Hüquq-mühafizə orqanının keçmiş əməkdaşı korrupsiyada təqsirli olduğunu etiraf etməyib.

Oqorodnikov 15 ildən artıq Daxili İşlər Nazirliyində işləyib. O, səs-küylü işlərin istintaqına cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640
avatar

Oxşar yazılar