Polis iş yerində arvadına məktub yazıb ÖZÜNÜ ÖLDÜRDÜ
10 oktyabr 2023 13:05 (UTC +04:00)

Polis iş yerində arvadına məktub yazıb ÖZÜNÜ ÖLDÜRDÜ

0

Daxili İşlər Nazirliyinin Koqalım şəhərindəki idarəsinin əməkdaşı iş yerində intihar edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun meyitini həmkarları tapıblar.

Məlumata görə, polis ölməzdən əvvəl həyat yoldaşına qeyd yazıb. Onun mesajında həyat yoldaşından üzr istəməsi və qumardan da bəhs edilib.

Ölən şəxsin 31 yaşı olub. O, 2013-cü ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. Kişi boşanıb və iki övladı var. Birinin 8, ikincisinin isə 1,5 yaşı var.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4322

Oxşar yazılar