Polis idarəsinin rəisinə 8 il yarım HƏBS CƏZASI
06 iyun 2024 10:18 (UTC +04:00)

Polis idarəsinin rəisinə 8 il yarım HƏBS CƏZASI

Rusiyanın Tula vilayətində polis idarəsinin rəisi səkkiz il yarım həbsə və bir milyon 300 min rubl (təxminən 24 min 830 manat) cəriməyə məhkum edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, məhkəmənin müəyyən etdiyi kimi, 2021-ci ildə o vaxtkı polis idarəsinin rəisi xidmət etdikləri ərazidə qumar oyunlarının təşkilinə və keçirilməsinə himayədarlıq etdiyi üçün iki tabeliyində olan şəxs vasitəsilə sistemli şəkildə rüşvət alıb. Cinayət gəlirinin ümumi məbləği 450.000 rubl (təxminən 8595 manat) təşkil edib.

Cinayət işi üzrə istintaq çərçivəsində məhkəmə müstəntiqin tələbi ilə təqsirləndirilən şəxslərin pul vəsaitlərinə həbs qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16011
avatar

Oxşar yazılar