Ötən gün meyxanaçı Balaəlinin paytaxtın Qara Qarayev prospektində qanunsuz parklanma edib avtobusun qarşısını kəsməsi barədə xəbər vermişdik.
Lent.az-ın əldə etdiyi məlumata görə, onunla bağlı xəbərlər və video görüntülər yayıldıqdan sonra polis məsələyə hüquqi qiymət verib.
Belə ki, meyxanaçıya törətmiş olduğu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozma) maddəsi ilə 20 manat cərimə yazılıb.