Polis arvadını  başından güllələdi
21 yanvar 2022 19:08 (UTC +04:00)

Polis arvadını başından güllələdi

Moskva vilayətində 41 yaşlı polis polkovniki Aleksey Kuldoşin 28 yaşlı arvadını başından travmatik tapança ilə vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, mənbənin sözlərinə görə, güllələnməyə səbəb ailə münaqişəsi olub.

Lakin kişi bunun bədbəxt hadisə olduğunu iddia edir. Onun sözlərinə görə, yatmazdan əvvəl silahını təmizləmək qərarına gəlib, lakin birdən silah işə düşüb və güllə qadının başının arxasına dəyib. Hadisə baş verən zaman mənzildə zərərçəkənin anası və 10 yaşlı qızı da olub.

Zərərçəkənin hüquq-mühafizə orqanının əməkdaşı olduğu və əri ilə eyni idarədə işlədiyi bildirilir. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və qulaq pərdəsinin yırtığı diaqnozu qoyublar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3441
avatar

Oxşar yazılar