Arif Hacılı
28 oktyabr 2022 15:20 (UTC +04:00)

Arif Hacılı

Polis Arif Hacılını saxladı - SƏBƏB

Sosial şəbəkələrdə Müsavat başqanı Arif Hacılının polis tərəfindən saxlanılması barədə məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, yayılan məlumatlarda A. Hacılının evinin yaxınlığında avtomobil idarə edərkən qoşa xətti tapdalaması adı ilə bölməyə aparıldığı qeyd olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Arif Hacılı yol hərəkəti qaydalarını pozduğu üçün Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub və o, sərbəst buraxılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6300
avatar

Mehman Nəbiyev

Oxşar yazılar