Tatarıstanın Naberejnıye Çelnı şəhərində plov bişirilməsi zamanı partlayış baş verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, insanlar qaz sızmasını fərq etməyiblər.
Partlayış nəticəsində beş nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdədir, digərləri isə orta dərəcəli yanıq xəsarətləri alıblar. Bütün yaralılar özləri müstəqil şəkildə tibb müəssisəsinə müraciət ediblər.