Piyadanı avtomobillə vurub QAÇAN TAPILDI
26 mart 2022 16:16 (UTC +04:00)

Piyadanı avtomobillə vurub QAÇAN TAPILDI

Martın 24-də Bərdə rayonunda yolu keçən F.Bağırovanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Dərhal Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

Bərdə RPŞ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar