Piyadalara MÜRACİƏT:  qaranlıqda belə geyinin
09 dekabr 2023 16:30 (UTC +04:00)

Piyadalara MÜRACİƏT: qaranlıqda belə geyinin

Havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir. 

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarının batmasına səbəb olurlar.

Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir. 

Eyni zamanda, piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də, işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər. Çünki gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür, nəticədə isə yol-nəqliyyat hadisəsi qaçılmaz olur.

# 1695
avatar

Oxşar yazılar