Piyada hadisə yerindəcə ÖLDÜ
21 may 2022 11:31 (UTC +04:00)

Piyada hadisə yerindəcə ÖLDÜ

Xaçmaz rayonunda maşın piyadını vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub.

Qəza nəticəsində piyada hadisə yerində həyatını itirib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 1545
avatar

Fidan İlqar

Oxşar yazılar