Bu günlərdə Sudandan Somaliyə uçan təyyarə ilə bağlı maraqlı hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, təyyarəni avtopilot rejiminə qoyan pilotlar yatdığı üçün hava gəmisi 11 000 metr yüksəklikdə yoluna davam edib və aeroportun üstündən ötüb keçib.
Təyyarənin ötüb keçdiyini görən dispetçer xidməti pilotla əlaqə saxlamağa çalışsalar da nəticəsiz olub. Bundan sonra onlar xüsusi işarə ilə təyyarədəki həyəcan siqnalını işə salıblar. Təyyarə vaxtından 25 dəqiqə sonra təhlükəsiz şəraitdə Əddis-Əbəbəyə enib.
FOTO: Təyyarənin hərəkət sxemi