Perm diyarının Bardı şəhərində kişi təqaüdçü qonşusunu döyərək öldürüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cinayət törədilən gün qadın tanışına baş çəkməyə gəlib, onlar cinsi əlaqədə olublar. Bundan sonra onlar arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Qadın dəyənəklə kişinin başına vurub, o isə onun sinəsindən yumruqlayıb. Qadın qaçmağa çalışsa da, kişi evin dəhlizində ona yetişib və başına ən azı yeddi, bədəninə isə ondan çox zərbə endirib. Qadın bir neçə saat sonra qapalı kəllə-beyin travmasından dünyasını dəyişib.
Sonra qatil intihar versiyası uydurmaq qərarına gəlib - o, təqaüdçünün cəsədini hamama keçirib, boynuna ilgək keçirib və yorğan ilə örtüb.
Meyiti bir neçə gün sonra qohumu tapıb.
Cinayəti törədən şəxs müəyyən edilərək saxlanılıb.