Pəncərə şüşəsi qırılaraq yeniyetmə QIZIN ÜZƏRİNƏ DÜŞDÜ
16 aprel 2021 23:31 (UTC +04:00)

Pəncərə şüşəsi qırılaraq yeniyetmə QIZIN ÜZƏRİNƏ DÜŞDÜ

Mingəçevirdə ehtiyatsızlıq üzündən pəncərənin şüşəsi qırılaraq 2006-cı il təvəllüdlü Səlimova Nuray Anar qızının üzərinə tökülüb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev küçəsi, 4 ünvanında baş verib. 

Hadisə nəticəsində şüşə parçaları N.Səlimovanın sol qol və bilək nahiyəsini kəsib. 

Xəstəxanaya yerləşdirilən yeniyetmə əməliyyat olunduqdan sonra vəziyyəti stabilləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar