Partlayışda yanıq xəsarəti alan baba və nəvə Bakıya gətirilir - YENİLƏNİB
25 yanvar 2022 23:01 (UTC +04:00)

Partlayışda yanıq xəsarəti alan baba və nəvə Bakıya gətirilir - YENİLƏNİB

0

Qazaxda qaz sızması nəticəsində partlayış zamanı yanıq xəsarətləri alan baba və nəvənin vəziyyəti ağırlaşıb.

APA -nın yerli bürosunun məlumatına görə, yaralılar Bakıdakı xəstəxanalrdan birinə yola salınıb.

***

21:08

Qazaxda qaz sızması partlayışa səbəb olub.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü Paşa Vəliyev və onun nəvəsi, 2008-ci il təvəllüdlü Emin Vəliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, baba və nəvə evdə qaz sızması zaman partlayışdan xəsarət alıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2097

Oxşar yazılar