Partlayış baş verən klubdan 1 nəfərin meyiti çıxarılıb - FHN
03 aprel 2022 06:42 (UTC +04:00)

Partlayış baş verən klubdan 1 nəfərin meyiti çıxarılıb - FHN

0

Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.

Nazirlikdən Lent.az-a daxil olan məlumatda deyilir:

“Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb. Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3141

Oxşar yazılar