Şirvanda işıq dirəkləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin nətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən istirahət parklarının birindən Kommunal Kombinat Müəssisəsinin balansında olan beş ədəd işıq dirəyinin oğurlanması və müəssisəyə 2880 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.
Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov saxlanılıb.
Faktla bağlı həmin şəxs barəsində Şirvan şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.