Paris sakinləri ATƏŞƏ TUTULDU:  Ölənlər var  -  YENİLƏNİB
23 dekabr 2022 16:28 (UTC +04:00)

Paris sakinləri ATƏŞƏ TUTULDU: Ölənlər var - YENİLƏNİB

Parisdə atəş açan şəxsin 4 nəfəri yaraladığı və iki nəfəri öldürdüyü bildirilir. 

Lent.az bildirir ki, bu barədə Fransanın BFM TV kanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, saxlanılan 69 yaşlı kişi yeddi və ya səkkiz atəş açıb.

***

15:54

Parisdə atışma nəticəsində bir nəfər ölüb, iki nəfərin vəziyyəti ağırdır.

Lent.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən BFMTV kanalı məlumat yayıb.

***

15:49

Parisin onuncu rayonunda 60 yaşlı naməlum kişi atəş açıb və bir neçə nəfəri yaralayıb. 

Lent.az bildirir ki, “Reuters”in xəbərinə görə, o, artıq polis tərəfindən saxlanılıb, hüquq-mühafizə orqanları hadisə yerini mühasirəyə alıb. 

Paris polisi də hüquq-mühafizə orqanları əməliyyatın davam etdiyini bildirib.

Məlumata görə, onun açdığı atəş zamanı 6 nəfəri yaralanıb.

Bundan əvvəl İtaliyada naməlum şəxs Romada barın yaxınlığında atəş açaraq 4 nəfəri öldürmüşdü. İlkin versiyaya görə, kişi sakinlərin görüşü zamanı üç qadınla mübahisə edib, bundan sonra silahı çıxarıb və bir neçə dəfə atəş açıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3111
avatar

Oxşar yazılar