Gəncədə yanıq xəsarəti alan şəxs ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Abbas Həsənov Nizami oğlu bədənin çoxsaylı yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. İlkin məlumata görə, həmin şəxs özünü yandırıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.