Özünü prezident elan edən Qırğızıstan vətəndaşı Bişkəkdə parlament binasına girmək qərarına gəlib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hadisə mayın 18-də axşam saatlarında qeydə alınıb.
Həkimlərə bir kişinin parlament binası qarşısında qəribə davranması barədə zəng gəlib. Hadisə yerinə gələn mütəxəssislər onun Respublika Psixi Sağlamlıq Mərkəzində qeydiyyatda olduğunu aşkar ediblər.
35 yaşlı kişi xəstəxanaya yerləşdirilib.