Özünü ov tüfəngi ilə GÜLLƏLƏDİ
03 yanvar 2022 14:08 (UTC +04:00)

Özünü ov tüfəngi ilə GÜLLƏLƏDİ

Göyçay sakinin ehtiyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 2-də Mırtı kəndində B.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb.

B.Muradov xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2708

Oxşar yazılar