Türkiyənin Bursa şəhərində yatağında ölü tapılan 66 yaşlı Saniyə Kaçarın böyük qardaşı və gəlini saxlanılıb.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxslər aralarındakı mübahisə zamanı Kaçarın yerə yıxılıb öldüyünü etiraf ediblər.
Qeyd edək ki, yaşlı qadının qardaşı və gəlini əvvəlki izahatlarında mərhumun psixoloji problemləri olduğunu və özünü divara vurub öldürdüyünü iddia etmişdilər.