Özünə xəsarət yetirib, qarət olunduğunu dedi - FIRILDAQ BAŞ TUTMADI
28 avqust 2021 16:01 (UTC +04:00)

Özünə xəsarət yetirib, qarət olunduğunu dedi - FIRILDAQ BAŞ TUTMADI

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağcabədi rayon Hüsülü kənd sakini Zabil Əhmədov Bərdə RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki yeməkxanaların birində olarkən naməlum şəxs tərəfindən ona xəsarət yetirilməsi və 7600 manat pulunun ələ keçirilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanıılıb. Araşdırmalar zamanı Z.Əhmədovun 10800 manat məbləğində borclu olduğu və həmin borcu qaytara bilmədiyi üçün özünə xəsarət yetirərək 7600 manat pulunun oğurlanması görüntüsü yaratmaq məqsədi ilə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559
avatar

Oxşar yazılar