Avstriyada toy zamanı bəy qanunsuz olaraq ölkədə olduğu üçün həbs edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Həmzə ilə 40 yaşlı Gündülənin nikahı baş tuta bilməyib.
Çünki anidən asayiş keşikçiləri mərasimə müdaxilə ediblər. Həmzənin qanunsuz olaraq ölkədə olduğu müəyyən edilib. Yaxınlarından məlum olub ki, o, hazırda həbsdədir, Türkiyəyə deportasiyasını gözləyir. Vəkilinin sözlərinə görə, onun birbaşa hava limanında hərbi xidmətə çağırılacağı ehtimalı yüksəkdir.
Ed Şiranın “Mükəmməl” musiqisi sədaları altında rəqs edən cütlük həmin an miqrasiya xidmətinin əməkdaşları zala daxil olublar. Hadisədən sonra gəlinə psixoloji yardım göstərilib.
17 ildir Avstriyada yaşayan alman Gündüla ilə Həmzə təxminən il yarım əvvəl iş yerində tanış olublar. Həmzə bistroda aşpaz, Gündülə isə yarım ştatda ofisiant işləyir.