Transbaykal vilayətinin Duldurqa rayonunda iki məktəbli qız bir həftə içində intihar edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilk hadisə bir həftə əvvəl baş verib. Qızın meyiti sinif yoldaşları tərəfindən Qələbə parkında quraşdırılmış səhnədə tapılıb.
Yerli sakinlər hesab edir ki, dəhşətli əməlin törədilməsinin iki səbəbi ola bilər.
Birincisi, ailədəki problemlərdir. Qız övladlığa götürülüb. Lakin onun qəyyumları məsuliyyətli və xeyirxah insanlar kimi xarakterizə olunur. İkincisi məktəbdə zorakılıqdır. İddialara görə, məktəbli sosial şəbəkələrdə bir neçə video yerləşdirib və buna görə sinif yoldaşları onu incidiblər.
Bir həftə sonra mərhumun rəfiqəsi də intihar edib. O da övladlığa götürülmüş uşaq olub.